Yunis Hüseynov: O, üzərinə düşəni edə bilmədi
28.03.2012 - 19:24
Yunis Hüseynov: O, üzərinə düşəni edə bilmədi
“Çətin olacağını bilirdim. İlk yarıda komandadan razı qalmadım. Qapıya cəmi 1 zərbə oldu”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

Cənub təmsilçisi bu gün ölkə kubokunun 1/4 finalında “İnter”lə heç-heçə (1:1) oynasa da, ilk qarşılaşmadakı məğlubiyyət (2:3) ucbatından mübarizəni dayandırdı. Hüseynovun fikrincə, komandası kobud səhv nəticəsində hesabda geri düşüb: “Kobud səhvimizdən qol buraxdıq. Sadio Tounkaranı ona görə əvəzlədim ki, yaxşı oynaya, o, üzərinə düşəni edə bilmədi. Bu da bizim planlarımızı pozdu. İkinci hissədə daha yaxşı oynadıq. Təəssüflər olsun ki, bizə lazım olan ikinci qolu bilmədik”.