“İlk görüşdə qalib gəldiyimiz üçün bu gün nəticəyə oynadıq”
28.03.2012 - 19:30
“İlk görüşdə qalib gəldiyimiz üçün bu gün nəticəyə oynadıq”
“Kubok oyunları həmişə maraqlı keçir. Futbolçularıma yaxşı oyuna görə təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Xəzər Lənkəran”la cavab oyunu (1:1) haqda fikirlərini açıqlayıb: “İlk görüşdə qalib gəldiyimiz üçün bu gün nəticəyə oynadıq. Yunis Hüseynovu “Xəzər Lənkəran” kimi böyük kluba baş məşqçi təyin olunması münasibəti ilə təbrik edirəm”.

Qeyd edək ki, “İnter” öz meydanında keçirdiyi ilk oyundakı 3:2 hesablı qələbə sayəsində yarımfinala yüksəlib.