Fuad İsmayılov: 2 tərəfdən biri növbəti mərhələyə keçməli idi
28.03.2012 - 19:35
Fuad İsmayılov: 2 tərəfdən biri növbəti mərhələyə keçməli idi
“Rəqibi növbəti mərhələyə adlaması münasibətilə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz” klubunun baş məşqçisi Fuad İsmayılov deyib.

O, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə cavab oyununda (1:1) qalib gələ bilməmələrini təqvimlə əlaqələndirib: “Təqvimimizin çox sıx olması oyunumuza təsirini göstərdi. Komandam sona qədər mübarizə apardı. İki tərəfdən biri növbəti mərhələyə keçməliydi”.