“Bakı”nın məşqçisi: AZAL ikinci hissədə bizdən üstün oyun göstərdi
28.03.2012 - 19:51
“Kubok oyunları adətən çətin olur. Oyun bizim üçün yaxşı başladı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun məşqçisi Novruz Əzimov deyib.
O, Azərbaycan kubokunun 1/4 final mərhələsinin AZAL-la cavab oyunu (1:2) haqda fikirlərini açıqlayıb: “Futbolçularım yaxşı oynadılar. Daha da yaxşı oynaya bilərlər. Rəqibimiz on nəfər qalandan sonra, futbolçularım arxayınlaşdı. Nəticədə rəqib hesabı bərabərləşdirdi. AZAL ikinci hissədə bizdən üstün oyun göstərdi. AZAL-a növbəti oyunlarda uğurlar arzulayıram”.

0
0