“Zirzəmi”də olan gələcək və ya elita üçün “uşaq baxçası”
28.03.2012 - 23:01
"Sumqayıt"ın baş məşqçisi Bernard Raab uğursuzluğa səbəbkar axtarmaqla məşğuldu. Əvvəlcə təcrübəli futbolçular günahlandırılırdısa, indi gənclərə qarşı ciddi tədbirlər görülür. Alman çalışdırıcı 3 futbolçunu - Samir Abdulov, Ruslan Tağızadə və Eşqin Quliyevi əvəzedici heyətə göndərib. Raab bu oyunçuları 1-2 matçlıq deyil, mövsümün sonuna qədər cəzalandırıb. Alman mütəxəssis eyni zamanda təcrübəli qapıçı Ruslan Məcidovu da əvəzedicilərdə oynamağa məhkum edir.
"Sumqayıt" aşağı divizion yolçusudu
Bu gün "Sumqayıt"dan yazmaq istəyirəm. Səviyyəsiz Premyer Liqamızı daha da “gözəlləşdirən” "yamaq" komandadan.
"Sumqayıt"ın Premyer Liqada necə "zühur" etdiyini unudanların yaddaşını təzələyə bilərəm. Ötən mövsüm I divizionda sərgilədiyi futbol və qazandığı nəticələrlə hamını yaxşı mənada təəccübləndirən bir "Abşeron" vardı. Mirbağır İsayevin rəhbərlik etdiyi kollektiv rahatlıqla həm Premyer Liqaya vəsiqə qazandı, həm də çempion oldu. Özü də heç bir oyunda yenilgi üzü görmədən. Amma...
İsayev və yetirmələri elitaya yüksəlməyin sevincini yaşadıqları bir vaxtda qara xəbərlər dolaşmağa başladı. Əvvəlcə, "Abşeron"un Sumqayıta köçərək, "Azərkimya"nın himayəsinə girəcəyi deyilirdi. Lakin bir neçə gün sonra Mirbağır bəy klubun prezidenti Yaşar Rüstəmovun ona zəng etdiyini və ona "Abşeron" yaşayası olmadı", dediyini açıqladı.
Aradan bir neçə gün də ötdü. Və məlum oldu ki, "Azərkimya" debütanta sponsorluq edəcək. Amma "Abşeron"a yox, "Sumqayıt"a. Sən demə, "Abşeron" dağıldıqdan sonra AFFA rəhbərliyi I divizionda daha yaxşı nəticə qazanan kollektivlərin qapısını döyüb. Amma necə olubsa, mövsümü 3-cü sırada tamamlayan "Bakılı", ardından "Neftçi" İSM, "MKT-Araz" və "Şahdağ" Premyer Liqada çıxış etməklə bağlı təklifə "yox" deyiblər. Axırda çempionatı 7-ci pillədə bitirən "Sumqayıt" AFFA-nın "dadına çatıb".
"Sumqayıt"ın Premyer Liqaya necə "yamaq" edilməsi ilə bağlı bu qədər. İndi də gəlin mövsümün əvvəlində İngiltərə klublarından örnək götürüb, adının qarşısına "şəhər" sözü əlavə edən komandanın təşkil olunmasına və cari mövsümdəki çıxışına baxaq.
Elita üçün "uşaq baxçası"
"Sumqayıt Şəhər" I divizionda çıxış edən "Sumqayıt"ın varisi kimi Premyer Liqaya sırınsa da, komanda sıfırdan yığıldı. Rəhbərlik debütantı Bernard Raab adlı birisinə tapşırdılar. Adamın məşqçilik karyerasına baxırsan, ancaq uşaq komandalarını, əvəzedici heyətləri çalışdırıb. Halbuki, millimizi çalışdıran Şahin Diniyev, Ağasəlim Mircavadov kimi məşqçilər hələ də işsizdi.
Raabın "Sumqayıt" üçün uyğun məşqçi olmadığı öz yerində, əgər bir komanda Premyer Liqada çıxış etməyə qərar verirsə, buna uyğun da heyəti olmalıdı. Di gəl ki, yeni "Şəfa" yaratmaq sevdasına düşən AFFA aşağı yaş qruplarında forma geyinən futbolçuların əksəriyyətini gətirib, yığdılar "Sumqayıt"a. Mahmud Qurbanov, Samir Abasov, Aslan Kərimov və Aqil Məmmədovu isə təcrübəli futbolçu kimi "uşaq baxçasına" tərbiyəçi götürdülər. Lakin sonradan elə alındı ki, Kərimov heç bir oyunda iştirak etmədən futbolçu karyerasını bitirdiyini açıqladı, Məmmədov isə bir neçə matçda meydana çıxıb, butslarını mismardan asdı.
"Kəpəz"lə "zirzəmi oyunu"
"Sumqayıt"ın bu heyətlə və Raab kimi baş məşqçi ilə elitada qapazaltı olacağı öncədən bəlli idi. Və belə də oldu. İlk xalını IV turda evdə "Qarabağ"la qolsuz bərabərə qalmaqla qazanan "Sumqayıt" qələbə sevinci yaşamaq üçün XI turadək dözməli oldu. Və nəhayət, debütant öz meydanında AZAL-ı 2:1 hesabı ilə məğlub edib, Elxan Abdullayevin istefasına səbəbkar oldu. Sumqayıtlıların növbəti tur səfərdə "Qarabağ"ı anoloji hesabla məğlub etməsi isə şok effeki yaratdı.
Premyer Liqanın XVI turu turnir cədvəlinin ilk 6 pilləsində heç bir dəyişikliyə səbəb olmasa da, "zirzəmi"nin sahibinin əvəzlənməsi ilə yadda qaldı. "Kəpəz"ə 4:1 hesabı ilə qalib gələn "Sumqayıt" turnir cədvəlinin son pilləsini "Turan"a təhvil verdi və XXIV turadək yoluna 11-ci pillədə davam etdi.
"Kəpəz"i 4:1 hesabı ilə məğlub etməklə "zirzəmi"dən qurtulan "Sumqayıt" elə "Kəpəz"ə uduzmaqla da yenidən sonuncu pilləyə yuvarlandı. Maraqlıdı ki, XXIV tur çərçivəsində Gəncədə baş tutan duelə də 4:1 hesabı qeydə alındı. Ən gülməlisi isə odu ki, Raab həmin qarşılaşmadan sonra komandasının çıxışından razı qaldığını ifadə edib.
Adam kimdən, nədən, hansı günlərindən razıdı? Onun bu cür düşünməsi alman soyuqqanlılığından irəli gəlir, yoxsa məğlubiyyətlər Raabın əsəb sistemində pozuntuya yol açıb?
Bu günün və gələcəyin rüsvayçı komandası
Hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Sumqayıt" hamıdan az - 18 top vurub, qapısında isə hamıdan çox - 44 qol görüb. Debütant cari çempionatda keçirdiyi 25 görüşdən 18-də məğlub olub ki, bu da ən pis göstəricidi. Ən pisi isə odu ki, Raabın komandası oyunlara köklənə bilmir. Sanki futbolçular artıq taleləri ilə barışdıqları üçün matçlarda can yandırmırlar. Halbuki, onların əksəriyyəti millinin üzvləridi. Canfəşanlıq edib komandaya fayda vermək bir yana, aparıcı klubların diqqətini çəkmək əvəzinə, işlərinə barmaqarası yanaşırlar. Budurmu futbolumuzun gələcəyi?
"Sumqayıt"ın elitada yerini qoruya biləcəyi müşkül məsələdi. Bu, öz yerində. Əsas məsələ odu ki, meydanda gəzişən, formasını geyindikləri komanda üçün can yandırmayan gənclərə bel bağlanılır. Bu isə o deməkdi ki, futbolumuzu daha rüsvayçı günlər gözləyir. Deyəsən, yaxın gələcəkdə "Sumqayıt"a bənzəyən milliyə azarkeşlik etmək məcburiyyətində qalacağıq.
Şamo
“Ekspressfutbol” qəzeti

0
0