Lionel Messi rəsmən Fransa klubunda
28.03.2012 - 23:08
Lionel Messi rəsmən Fransa klubunda
Fransa Liqa 2-də mübarizə araran "Anyer" heyətini Lionel Messi ilə gücləndirib. Apasport.az saytının xəbərinə görə, bu argentinalı tanınmış futbolçu yox, 17 yaşlı kamerunlu gəncdi.

Fransız klubunda baxışdan uğurla keçən kamerunlu Messi Niamsinin müqavilə imzalayacağı deyilir. "Anyer" klubu da rəsmi saytında Messi ilə bağlı açıqlama yayıb: "Təəssüf ki, bu, "Barselona"da çıxış edən tanınmış Messi yox, "Tuluz-Fonten"də oynamış kamerunlu gənc futbolçudu".