Mario qaldı
28.03.2012 - 23:13
Mario qaldı
Dortmund "Borussiya"sı istəyinə nail olub. Apasport.az saytının xəbərinə görə, klub rəhbərliyi gənc üzvü Mario Götze ilə müqaviləni uzadıb. Almaniyalı futbolçu müqaviləyə əsasən 2016-cı ilədək bu komandanın uğurları üçün tər tökəcək. 19 yaşlı yarımmüdafiəçi "Real" və "Mançester Yunayted" başda olmaqla, bir neçə klubun transfer siyahısında idi.
Götze 2009-cu ildən "Borussiya"da çıxış edir. O, bu komandanın heyətində keçirdiyi 48 oyunda rəqib qarılarına 10 dəfə yol tapıb.