“Real”ın futbolçuları haqda şok iddia
28.03.2012 - 23:00
“Real”ın futbolçuları haqda şok iddia
"Real"ın 2 ulduz futbolçusu - Kriştianu Ronaldo və Qonsalo İquain haqda şok iddia ortaya atılıb. Apasport.az saytının "Daily Telegraph" qəzetinə istinadən məlumatına görə, İngiltərənin "Çelsi" klubu bu iki futbolçu üçün 100 milyon avro ödəməyə hazırdı.

Uzun müddətdi hücum xəttində sıxıntı yaşan London klubu bu boşluğu Ronaldo və İquainlə doldurmaq niyyətindədi. "Real"ın baş məşqçisi Joze Mourinyo "Çelsi"yə keçəcəyi təqdirdə hər iki futbolçunun mövsümün sonunda Madriddən ayrılması gerçəkləşə bilər.

Qeyd edək ki, "Çelsi" klubunun sahibi Roman Abramoviç Ronaldo və İquaynın transferi alınmayacağı təqdirdə bütün diqqətini "Napoli"nin hücumçuları Edinson Kavani və Ezekuel Lavessiyə yönəldəcək. Rusiyalı iş adamının bu iki futbolçu üçün 70 milyon avro ayıracağı bildirilir.