“Azərbaycan yığmasında havanı qeyri-adi braziliyalılar müəyyənləşdirir”
29.03.2012 - 09:04
“Azərbaycan yığmasında havanı qeyri-adi braziliyalılar müəyyənləşdirir”
“Azərbaycan yığması ustalıq səviyyəsi olan komandadır. Orada havanı qeyri-adi braziliyalılar müəyyənləşdirir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya futzal yığmasının kapitanı Sergey Sergeyev deyib. Dünya çempionatının pley-off mərhələsində Azərbaycan yığması Bakıdakı oyunda etdiyi dublla 3:2 hesablı qələbədə böyük rolu olan Moskva MOİK-in oyunçusu hücumları yaxın məsafədən uğurla tamamlayıb.

Sergeyev yüz faizli müdafiəçi olmadığını bildirib: “Yəqin ki, mən universalam. Meydanın dərinliyindən hücum etməyi xoşlayıram və bu dəfə uğurlu alındı. İlk hissədə nəticə var, yalnız sonda qol buraxmaq lazım deyildi. Biz rəqibin oyun tərzini gözəl təsəvvür edirdik. Oyun ərzində dördlüyün beşliyə qarşı necə oynamağı dərindən təhlil etmişdik. Ancaq istənilən halda, səhvdən qaça bilmədik”.

Təcrübəli oyunçu aprelin 9-da Tümendə keçiriləcək cavab oyununu gözləməyi məsləhət bilir: “Hələ sona kimi hər şey həll olunmayıb. Ancaq əminəm ki, başladığımızı Tümendə güclü azarkeş dəstəyi altında qələbə ilə yekunlaşdıracağıq”.