Milli komandamızın legioneri: Biz öldürülməmişik, hələ sağıq
29.03.2012 - 09:19
Milli komandamızın legioneri: Biz öldürülməmişik, hələ sağıq
“Biz Rusiya yığması ilə oyunda qələbəyə köklənmişdik. Bunu öz meydanımızda nail olmağı yetərincə inandırıcı sayırdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan futzal yığmasının debütantı Kaka deyib. Milliləşdirilən braziliyalı oyunçu yığmamızın heyətində ilk matçında yaxşı tanıdığı Rusiya ilə görüşərək, 1 qol vurdu, 1 məhsuldar ötürmə etdi. Ancaq buna baxmayaraq, yığmamız ev oyununu 2:3 hesabı ilə uduzdu.

Ruslar yığmamızla onlara ən çox tanış olan, 6 il çempionatlarında oynayaraq, bir sıra mükafatlar qazanan Kakanın fikirlərini öyrənib. Matçdan sonra köhnə komanda yoldaşları ilə isti görüşən 35 yaşlı oyunçu nəticəyə görə üzülüb: “Hərçənd Rusiya yığması yaxında Avropa çempionatında vitse-çempion oldu. Mənim nöqteyi-nəzərimdən, onlar son çempion İspaniya yığmasından da zəif deyil. Ancaq elə alındı ki, biz 2 yox, hər 3 buraxdığımız qolun əvəzini çıxa bilərdik. Yalnız təəssüflənmək qalır ki, bərabərliyə nail ola bilmədik. Ancaq biz öldürülməmişik, hələ sağıq və baxar görək ki, Tümendəki cavab oyununda kim güclü olacaq. Uğura şansımız əvvəlki tək var”.