4 illik həsrət bitdi
29.03.2012 - 09:30
“Neftçi” 4 illik həsrətə son qoyub. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun 1/4 final mərhələsində “Kəpəz”i mübarizədən kənarlaşdıran “ağ-qaralar”ın yarımfinala çıxmaqla bağlı uğursuz seriyası başa çatıb.
75 yaşını qeyd edən paytaxt təmsilçisi sonuncu dəfə 2007/08 mövsümündə kubokun ən güclü 4 komandası sırasında olmuşdu. Bundan sonra bakılılar növbə ilə “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”la 1/4 final oyunlarında “ağ bayraq” qaldırmışdılar.
Maraqlıdır ki, 4 il əvvəl olduğu kimi “Neftçi” yenə yarımfinalda “İnter”lə görüşəcək. Həmin vaxt almaniyalı hakimlərin idarə etdiyi matçlarda “İnter” mərhələ adlamışdı – 2:2, 1:0. Ümumilikdə isə 11-ci dəfə yarımfinala yüksələn “Neftçi” özünün Azərbaycan rekordunu yeniləyib.
Ölkənin digər köklü komandası “Qarabağ” da həsrətə son qoyub. Sonuncu dəfə - 3 il əvvəl kuboku qazandığı 2008/09 mövsümündə yarımfinala çıxan Ağdam təmsilçisi növbəti yarışlarda 1 dəfə 1/8, 1 dəfə 1/4 finalda dayanmışdı. Bu komanda ümumilikdə 10-cu dəfə finalın 1 addımlığındadır.
Bu 2 komandadan fərqli, “İnter” və “Bakı” isə ötən mövsüm də yarımfinalçılar sırasında idi. Paytaxt təmsilçilərinin hər ikisi tarixində 7-ci dəfə finalın 1 addımlığınadək irəliləyib.
Lakin “İnter” bu dəfəki uğuru ilə Azərbaycan rekordunu yeniləyib. Bakılılar 2006/07 mövsümündən başlayaraq ardıcıl 6-cı dəfə yarımfinala çıxıb. İndiyədək göstəricisi 5 olan “İnter” bu rekordda “Neftçi” ilə şərik idi. Lakin artıq ardıcıl yarımfinala çıxmaq üzrə vahid rekordçu var. “Bakı” isə ardıcıl 4-cü dəfə bu mərhələyədək irəliləyib.

0
0