Almanlar ispanlarla bacarmadılar
30.03.2012 - 00:54
Almanlar ispanlarla bacarmadılar
Bu gün Avroliqada ¼ final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 4 oyundan 3-ü eyni hesabla qələbə ilə nəticələnib. Almaniya və İspaniya təmsilçilərinin mübarizəsi birincilərin məğlubiyyəti ilə nəticələnib. Xüsusilə “Şalke”nin evdə “Atletik”ə 2:4 hesabı ilə uduzmağı gözlənilməz olub. Ötən mərhələdə “Mançester Yunayted”i səfərdə məğlub edən Bilbao klubu turnirin qalibi olmağa iddiasını göstərib. “Hannover-96” isə Madrid “Atletiko”ya uduzsa da, bu, səfərdə, özü də minimal fərqlə olub. Yəni Almaniyanın bu təmsilçisinə yarımfinala çıxmaq üçün evdə cavab oyununda 1:0 hesablı qələbə yetərli olduğundan, şansı yaxşıdır.

İspaniyanın Avroliqada qalan təmsilçilərindən daha güclüsü sayılan “Valensiya”nın uduzmağını gözlənilməz saymaq olar. Düzdür, səfərdə məğlubiyyət 1:2 hesabı ilə olduğundan, mərhələ keçmək şansı az deyil. Postsovet məkanının yeganə təmsilçisi olan “Metallist” növbəti dəfə diqqət mərkəzinə düşüb. Düzdür, Xarkov klubu “Sportinq”lə səfər oyununda uduzsa da, 90-cı dəqiqədə vurduğu qol onu ümidləndirib.

29 mart

“Alkmaar” (Hollandiya) – “Valensiya” (İspaniya) - 2:1
Brett Holman, 45; Maarten Martens, 73 - Mehmet Topal, 51

“Şalke” (Almaniya) – “Atletik” (İspaniya) - 2:4
Raul Qonsales, 22; 60 - Fernando Lorente, 20; 73; de Markos, 81; Munyain, 90

“Sportinq” (Portuqaliya) – “Metallist” (Ukrayna) - 2:1
Marat İzmaylov, 51; Emiliano İnsua, 62 - Kleyton, 90 (pen)

“Atletiko” (İspaniya) – “Hannover-96” (Almaniya) - 2:1
Radamel Falkao, 8; Salvio, 89 - Mame Biram Diouf, 38