“Azərbaycanın şərəfini qorumaq böyük fəxrdir” - MÜSAHİBƏ
29.03.2012 - 11:30
Azərbaycan futzal yığmasının debütantı, milliləşdirilən braziliyalı Kakanın apasport.az saytına müsahibəsi
- Yığmamızın dünya çempionatının pley-off mərhələsində Rusiyaya 2:3 hesabı ilə uduzduğu oyunu necə dəyərləndirərdiniz?
- Rusların çox güclü olduğunu bilirdik. Hər halda, son Avropa çempionatının 2-ci komandasıdır. Hətta finalda İspaniya ilə bərabər oynadı, yalnız son saniyələrdə buraxdığı qolla çempionluğu əldən verdi. Hazırkı nəticənin yetərincə mümkün olduğunu bilirdik. Bununla belə, qələbəyə ümid edirdik və bacardığımızı ortaya qoyduq. Eyni zamanda, qalibiyyətimizin çox çətin olacağını bilirdik. Rusiya yığması çox əzmkar, sürətli komandadır, yüksək səviyyədə çıxış edir. Onların yaxşı çempionatı var.
- Siz də 6 il Rusiya çempionatında çıxış etmisiniz, bir sıra mükafatlar qazanmısınız, Superliqanın ən yaxşı bombardiri olmusunuz...
- Bəli. 2004-10-cu illərdə orada bir sıra klublarda oynamışam. Rusiya yığması istənilən rəqiblə bərabər səviyyədə oynamaq gücündədir.
- 0:3 hesabı ilə uduzsaydıq, bizə lap çətin olardı. Ancaq belə demək olar ki, son dəqiqələrdə vurduğunuz 2 qol bizə ümid verdi?
- Bəli. Səfərdə 0:3-ün əvəzini çıxmaq 2:3-dən daha çətindir. Ancaq deyərdim ki, yenə çətin olacaq. Final mərhələsinə çıxmaq üçün gərək 2 top fərqli qələbə qazanaq. Hələ 10 gün vaxtımız var. Bu müddətdə cavab matçına yaxşı hazırlaşıb, gücümüzü artıracağımıza ümid edirəm. Tümenə qələbə dalında gedəcəyik.
- Tümendə qələbəyə nail ola bilərik?
- Buna ümid edirəm. Səfərdə də qol vura bilərik. Ola bilər ki, rusların öz azarkeşləri qarşısında oyunu getməsin və nəticədə əsəbilik yaransın. Biz də bu zaman onların yol verdiyi səhvlərdən istifadə edə bilərik.
- Təcrübəli oyunçu kimi matçın sonunu necə xarakterizə edərdiniz? Bizim 2 qol vurmağımız nəyin nəticəsidir?
- Deməzdim ki, bu, rəqibin bizi qiymətləndirməməyin nəticəsidir. Sadəcə, bizim qol vurmaq istəyimiz çox idi və sonda göstərdiyimiz əzmkarlığın bəhrəsini gördük. Məqsədimiz daha çox əks-hücumlarda oynayıb, qol buraxmamaq və sonda qapıçını dəyişərək, 5 nəfərlə oynamaq idi. Bizə sona qədər 3 qolun əvəzini çıxıb, qalib gəlmək mümkün olmadı. Ancaq hər halda, bu da elə pis nəticə deyil.
- Vurduğunuz qol həlledici oldu. Məhz bundan ruhlanan yığmamız məhsuldar ötürmənizdən sonra 2-ci qola imza atdı...
- Bu, məşqlərdə işlənmiş oyun kombinasiyası idi və bundan yaxşı istifadə etdik. İlk top bizi növbəti qol vurmağa daha çox köklədi. Onu göstərdi ki, biz yenə rəqib qapısına yol tapa bilərik. Mən komandama kömək etməkdən məmnunluq duyuram. Sevinirəm ki, köməyim dəydi, əvvəl qol vurdum, sonra məhsuldar ötürmə verdim.
- Millidə rəsmi debütünüzdən razı qaldığınızı demək olar?
- Bəli. Yəqin ki, üzərimə düşən vəzifənin öhdəsindən gəldim. Fikrimcə, debütdə 1 qol, 1 məhsuldar ötürmə pis nəticə deyil. Ancaq daha yaxşı o olardı ki, mən qol vurmazdım, məhsuldar ötürmə verməzdim, komandamız qalib gələrdi.
- Yeri gəlmişkən, ruslarla ilk oyunda sizin çalışdırdığınız “Neftçi” İSM-nin üzvləri fərqləndi. Sizin ötürmənizi qola çevirən İlkin Hacıyev komanda yoldaşısınız...
- Bilirsiniz, biz həm klubun, həm də Azərbaycanda futzalın inkişafı üçün işləyirik. Əgər komandanızın oyunçusu fərqlənirsə, deməli, bu, inkişafın göstəricisidir.
- Artıq xeyli vaxtdır ölkəmizdəsiniz. Milli komandamızdan bu müddətdə dəvət gözləyirdiniz?
- 2 ildir Azərbaycandayam. İndi heyətində dəyişiklər baş verən yığma çətin vəziyyətdə idi. Mənə bu durumda kömək etmək üçün dəvət etdilər və bunu qəbul etdim. Böyük məmnuniyyətlə, Azərbaycan yığmasının şərəfini qoruyuram.
- Siz həm oynayan məşqçi, həm də oyunçu olursunuz. Bu vəziyyətdə özünüzü necə hiss edirsiniz?
- Hər hansı narahatçılıq yoxdur. Əksinə, özümü rahat hiss edirəm. Çünki bir-birimizi yaxşı tanıdığımızdan, yaxşı anlaşırıq. Meydandan kənarda verilən tapşırıqları meydanda yerinə yetirən zaman nəticəsini görürsən. Bu zaman yetərincə asan olur. Allaha şükür, yaxşı fiziki formadayam və hələ oyunçu kimi kömək edə bilərəm.
- Hansı ampluada sizə asan, hansında çətindir?
- Fikrimcə, məşqçi kimi daha asandır. Çünki sən göstərişlərini verirsən, ancaq meydanda heç nə edə bilməzsən. Ancaq oyunçu olanda, meydanda hər şeyi həll edə bilərsən.
- Siz baş məşqçiniz Joze Alesio Da Silva ilə çempionatda rəqibsiniz, yığmada isə onun rəhbərliyi altında oynayırsınız...
- Biz peşəkarıq. O, neçə ildir futzalda çalışır, Azərbaycanda işləyir. Mən də bu idman növündə az vaxtda deyiləm. Biz yaxşı bilirik ki, harada işləyiriksə, orada peşəkar olmalıyıq. İndi yığmadayıqsa, burada işgüzar münasibət, baş məşqçinin nüfuzu olmalıdır. Mən də yığmanın oyunçusu kimi bunu qəbul etməli olduğumu anlayıram. Çünki o, baş məşqçi, mən isə futbolçuyam.
- Joze Alesio Da Silva ilə kimin çempion olacağı ilə bağlı söhbətləşir, zarafatlaşır, mərcləşirsiniz?
- Sadəcə, söhbətləşirik. Deyirik ki, kim güclüdürsə, o da çempion olsun. İndi çempionatda bərabər mübarizə gedir. Əlbəttə, indi çempionat haqda düşünmürük.
- Əsl adınız Rikardo Fiqueyro olsa da, Kaka kimi tanınırsınız, formanızın arxasında da belə yazılıb. Yəni, məşhur Kakanın həmyerlisi Azərbaycan yığmasında debütündəcə qol vurmaqla, tarixə düşdü...
- Ola bilər, çox insanlar belə düşünür ki, mənim kimi bura gələn əcnəbilər yalnız pula görə oynayır. Əlbəttə, oyunçu üçün maddi amil vacibdir. Mən qazanıb, ailəmi saxlamalıyam. Ancaq sizə ürəkdən deyirəm ki, mənim üçün Azərbaycanın şərəfini qorumaq böyük fəxrdir və bunu böyük məmnuniyyətlə edirəm. Çünki buradakı insanlar məni çox yaxşı qəbul etdilər, oynamağa imkan yaratdılar. Mən bunu çox yüksək qiymətləndirirəm.
- Yeri gəlmişkən, Kaka soyadı ilə bağlı nə deyə bilərsiniz?
- Madrid “Real”ında oynayan adaşım Kakanın da adı Rikardodur. Bu adların qısaldılmış forması Kakadır. Bizi hələ uşaqlıqda belə çağırıblar.
- Onunla şəxsi tanışlığınız var?
- Yox. Tanınmış braziliyalı futbolçulardan uzun illər Moskva MOİK-ində oynamış Vaqner Lavla yaxşı münasibətim var. Burda olduğumu bilir. Azərbaycan yığması ilə bağlı artıq Vaqner Lavla söhbətləşmişəm. Biz daim ünsiyyət qururuq.
- Maraqlıdır, məşhur Kaka sizin kumirinizdir?
- (gülür) Yox.
- Bəs kumiriniz kimdir?
- “Flamenqo”da oynayan məşhur həmyerlim Zikodur.
- Bugünkü gündə?
- Qeyri-adi heç nə fikirləşmək istəməyərək, mənin üçün dünyanın ən yaxşı futbolçu Lionel Messinin olduğunu deyə bilərəm. Baxmayaraq ki, o, argentinalıdır.
- Adətən braziliyalılarla argentinalılar prinsipial rəqibdirlər, bir-biri ilə yola getmirlər...
- Elədir. Ancaq kimin güclü futbolçu olduğunu etiraf etmək lazımdır. İndiki braziliyalılar arasında mənim ən çox bəyəndim futbolçunun kim olduğunu demək çətindir. Çünki hazırda bizdə lider yoxdur. Hətta dünyanın ən yaxşı futbolçusu olan, hazırda “Flamenqo”da çıxış edən Ronaldinyo indi elə yüksək səviyyədə deyil.
Mehman SÜLEYMANOV

0
0