Berti Foqtsun sabiq köməkçisindən sensasion qayıdış
29.03.2012 - 11:49
Almaniya futbolunun əfsanəvi qapıçısı Toni Şumaxer vaxtilə şərəfini qoruduğu “Köln” klubuna qayıdıb. Apasport.az saytının məlumatına görə, futbol veteranı 15 il heyətində çıxış etdiyi komandanın vitse-prezidenti təyin olunub.
1987-ci ildə yazdığı “Fit” kitabında Almaniya yığmasındakı gizli dopinq əməliyyatlarının üstünü açan qapıçı bu üzdən “Köln”dən qovulmuş, AFR-də arzuolunmaz şəxsə çevrilmişdi. Bu üzdən həmin vaxt Türkiyəyə üz tutan Şumaxer 3 il “Fənərbaxça”nın şərəfini qoymuşdu.
O, İstanbul klubunda Türkiyə çempionu və komandasının kapitanı da olub. Sonradan vətəninə qayıdıb həm futbolçu, həm məşqçi kimi fəaliyyət göstərsə də “Köln”ə yalnız 25 ildən sonra vitse-prezident kimi qayıdıb. Almaniya mətbuatı bu dönüşü böyük sensasiya kimi dəyərləndirib.
Qeyd edək ki, 2001-03-cü illərdə “Bayer”də qapıçılarla işləyən məşqçi olan Şumaxer Azərbaycan milli komandasının indiki baş məşqçisi Berti Foqtsun da köməkçilərindən olub.

0
0