Milli komandanın futbolçusu itkin düşdü
29.03.2012 - 13:02
Milli komandanın futbolçusu itkin düşdü
Kuba milli komandasının futbolçusu Yosmel Armaş itkin düşüb. Apasport.az saytının məlumatına görə, London-2012-nin seçmə mərhələsinin ABŞ-ın Neşvill şəhərində keçirilən oyunları zamanı müdafiəçi yoxa çıxıb.

Salvadorla qarşılaşmada (0:4) çıxış edən futbolçu özünü xəstəliyə vuraraq, Kanada ilə görüşə getməyib. Komanda matçdan qayıtdıqda isə oteldə onun nə izi olub, nə tozu. Kuba yığması vətənə Yosmelsiz qayıtmalı olub. ABŞ polisi isə futbolçunun axtarışına başlayıb.

Qeyd edək ki, kubalı idmançıların ABŞ-dan qayıtmaq istəməməyinə son illər dəfələrlə təsadüf olunub.