Yunis Hüseynov şansını qaçırdı
29.03.2012 - 13:42
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov növbəti dəfə “İnter”in tarixinə düşmək şansını qaçırdı. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi 2004-cü ildə bu adla çıxış etdikdən sonra yalnız 1 dəfə Azərbaycan kubokunun yarımfinalına çıxa bilməyib. Bu, 2005/06 mövsümündə olub ki, həmin vaxt mübarizə 1/4 finalda dayandırılıb.
Maraqlıdır ki, “İnter”in yolunu məhz Hüseynov bağlamışdı. Onun həmin vaxt çalışdırdığı “Karvan” rəqibi ilə Yevlaxdakı ilk oyunda 1:1 hesablı bərabərliyə qalmış, Bakıdakı cavab matçında isə 4:1 hesabı ilə qalib gəlmişdi. Bu, “bankirlər”in tarixində ilk və hələlik yeganə böyük hesablı məğlubiyyətdir. “İnter”i həmin vaxt çalışdıran ukraynalı Anatoli Konkov məhz bu uğursuz nəticədən az sonra baş məşqçi postundan getdi.
İndi isə bakılılar kubokda Hüseynovla “Xəzər Lənkəran”ın çalışdırıcısı kimi görüşərək, onun komandasını mübarizədən kənarlaşdırdı. 47 yaşlı çalışdırıcı “İnter”ə yenə qalib gəlsəydi, onun tarixinə düşəcəkdi. Belə ki, yarımfinala çıxmağa adət edən “bankirlər” ardıcıl 6-cı dəfə buna nail olmaqla, rekordçu olub. Halbuki, Hüseynov onu bundan məhrum edə bilərdi.
Hüseynov futbolçu kimi qazandığı Azərbaycan kubokunun baş məşqçi kimi qalibi olmağa məhz həmin mövsümdə çox yaxın idi. Ancaq onda “Qarabağ”la final oyununun əlavə vaxtında 1:2 hesablı məğlubiyyət buna imkan vermədi. Veteran yarımmüdafiəçi 6 il öncə “Şəfa” stadionunda keçirilən həlledici matçda qalib olsaydı, futbol tariximizdə ilkə imza atacaqdı. Bu, həm futbolçu, həm də baş məşqçi kimi Azərbaycan kubokunu ilk qazanan olacağı idi. Həmin uğura ilk imza atan 2009-cu ildə “Qarabağ”ın çalışdırıcısı, Hüseynovla uzun illər çiyin-çiyə oynayan Qurban Qurbanov oldu.
Qeyd edək ki, Hüseynovun yaxında “Xəzər Lənkəran”ın çalışdırıcısı təyin olunmağı nəticəsində 3 illik fasilədən sonra ölkə kubokuna qayıdışı baş verdi.
Mehman SÜLEYMANOV

0
0