DÇ-nin təbliğatı davam edir - FOTOSESSİYA
29.03.2012 - 17:25
DÇ-nin təbliğatı davam edir - FOTOSESSİYA
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri Heydər Əliyev adına Müasir Təhsil Kompleksində şagirdlərlə görüş keçiriblər. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, “Məktəb/universitet Layihəsi” çərçivəsində təşkil olunmuş təbliğat xarakterli tədbirdə məktəbin 120-dən çox şagirdi iştirak edib.

Görüş zamanı şagirdlər ölkəmizdə keçiriləcək dünya çempionatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət milli yığmamız haqqında ətraflı şəkildə məlumatlandırılıblar.

Təqdimatın sonunda şagirdlər arasında viktorina təşkil olunub və sualları doğru cavablandıran məktəblilər dünya çempionatının promo materiallarından ibarət hədiyyə paketləri əldə ediblər.