Yuran Premyer Liqada azarkeşlik etdiyi klubun adını açıqladı
30.03.2012 - 08:36
“Simurq”un rusiyalı sabiq baş məşqçisi Sergey Yuran Rusiya Premyer Liqasında azarkeşlik etdiyi klubun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 43 yaşlı çalışdırıcı 2-ci “altılıq”da “Krılya Sovetov”un çıxışına görə xüsusi həyəcan keçirdiyinin bildirib. Yuran bunun səbəbsiz olmadığını açıqlayıb: “İkinci “altılıq”da “Krılya Sovetov”a görə azarkeşlik edirəm. İstəyirəm ki, komandanın baş məşqçisi Andrey Kobelevin Samarada işi alınsın. Deyə bilmərəm ki, biz onunla yaxın dostuq, ancaq isti münasibətlərimiz var. Hələ də başa düşə bilmirəm ki, onu niyə “Dinamo”dan çıxartdılar”.
Qeyd edək ki, Yuran cari mövsümün final mərhələsinin startına az qalmış postundan çıxarıldı.
Qeyd edək ki, Yuran cari mövsümün final mərhələsinin startına az qalmış postundan çıxarıldı.
0
0