“Araz”ın sabiq baş məşqçisi: Mən birləşmənin tərəfdarıyam
30.03.2012 - 09:35
“Araz”ın sabiq baş məşqçisi: Mən birləşmənin tərəfdarıyam
“Düşünürəm ki, mini-futbol və futzal arasında mövcud olan ayrılıq müvəqqəti xarakter daşıyır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Naxçıvanın “Araz” klubunun sabiq baş məşqçisi Arkadi Belıy deyib.

Rusiyalı mütəxəssis mini-futbol və futzalın birləşdirilməsi haqda fikirlərini açıqlayıb: “Çünki qaydaları demək olar ki, eyni olan 2 idman növü arasında böyük fərq yoxdur. Məncə 2 demək olar ki, eyni idman növünün olması düzgün deyil. Sadəcə assosiasiyalar fərqlidir. Mən onların birləşməsinin tərəfdarıyam”.

Qeyd edək ki, bəzi rusdilli ölkələrin mini-futbol adlandırdığı, Azərbaycanda da populyar olan FİFA futzalı 20-ci əsrin 20-ci illərində Braziliyada, AMF futzalı isə ötən əsrin 30-cu illərində Uruqvayda yaradılıb.