“Qalatasaray”ın prezidenti Azərbaycan futboluna “ilişdi”
30.03.2012 - 10:20
“Qalatasaray”ın prezidenti Azərbaycan futboluna “ilişdi”
Türkiyə futbolunda baş verən xoşagəlməz hadisələr “Qalatasaray” rəhbərliyini ciddi narahat edir. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin prezidenti Ünal Aysal oyun alqı-satqısı üzündən Türkiyəyə verilə biləcək cəzadan qorxur.

O, cəzanın nəticələrinin dəhşətli olacağından çəkindiyini açıqlamaqla yanaşı, Azərbaycan futboluna yuxarıdan aşağı baxdığını göstərib: “Avropaya buraxılmasaq, bu Türkiyə futboluna böyük zərbə vuracaq. Avrokuboklarda 5 il oynamamaq Azərbaycandan da aşağı düşmək anlamına gəlir. Bu, klubumuza 200 milyon avro ziyan vuracaq”.

Qeyd edək ki, Aysal avrokuboklardan kənar qalacaqları dəqiqləşəcəyi halda, bu ilin mayında istefa verəcəyini də açıqlamışdı.