“Rusiya - Azərbaycan oyunu kinoteatrda nümayiş olunacaq” – MÜSAHİBƏ
30.03.2012 - 12:23
“Rusiya - Azərbaycan oyunu kinoteatrda nümayiş olunacaq” – MÜSAHİBƏ
Dünya çempionatının pley-off mərhələsinin Azərbaycan və Rusiya futzal yığmaları arasında Tümendə keçiriləcək cavab oyununun təşkilinə məsul Aleksandr Kantışev müsahibə verib. Apasport.az saytının məlumatına görə, o, qarşılaşmaya hazırlıqlarla bağlı fikirlərini açıqlayıb.

- Bakıda keçirilən ilk oyuna səfərinizin məqsədi nə idi?
- İlk oyunun necə təşkil olunduğuna şəxsən baxmaq istədim.

- Belə zərurət nədən irəli gəlirdi?
- Rusiya yığması tarixində ilk dəfə rəsmi oyununu Tümendə keçirəcək. Düzdür,
əvvəl Braziliya ilə oyun olub. Lakin həmin matç yoxlama görüşü idi.

- Bakıdakı oyunda hansısa qeydlər edə bildiniz?
- Böyük ölçüdə bilmədiyimiz nəyəsə rast gəlmədim. Bir sözlə, Tümenin oyuna hazırlığı tam qaydasında gedir.

- Rusiya – Azərbaycan oyununa nə dərəcədə hazırsınız?
- Demək olar ki, artıq indidən bir çox məsələlər öz həllini tapıb. Tümen oyunu qəbul etməyə hazırdır.

- Ən çətin məsələ isə böyük ajiotaj ola bilər...
- Əlbəttə ki, siz haqlısınız. Bizdə bu idman növünü sevirlər. Rusiya yığmasının gəlişi isə əsl hadisədir. Təəssüf ki, Mərkəzi arena matçı izləmək istəyənlərin hamısını qəbul edə bilməyəcək.

- Bəs bu problemi necə aradan qaldıracaqsınız?
- Dünya praktikasında istifadə olunan yolla gedəcəyik. Belə ki, Rusiya – Azərbaycan oyunu Tümen kinoteatrlarından birində canlı yayımla nümayiş olunacaq. Hazırda bu məsələ ilə məşğuluq.