Rednik: Parksdan imtina etməklə, düzgün addım atmışam - MÜSAHİBƏ
30.03.2012 - 12:52
Rednik: Parksdan imtina etməklə, düzgün addım atmışam - MÜSAHİBƏ
"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Mirça Rednik qarşıdakı Lənkəran səfərindən danışıb. Apasport.az saytının xəbərinə görə, rumın məşqçi "Petrolul"la müqavilə bağlamadığını etiraf edib və Uinston Parksdan danışıb.

- Mətbuat tezliklə "Petrolul"a baş məşqçi təyin olunacağınızı yazıb. Bu, belədi?
- Əlbəttə, yox. Bir neçə səbəbə görə mümkün deyil. Əvvəla, bu komandanın yüksək iddiaları yoxdu. İkincisi də "Petrolul" tezliklə Rumıniyanın yüksək dəstəsini tərk edəcək. Mən ancaq qarşısına böyük məqsədlər qoyan komandalarda işləyərəm.

- Deməli, Lənkərana gəlmək üçün boş vaxtınız olacaq...
- Bax, bu, artıq həqiqətdi. Lənkəranda futzal turniri olacaq və mən də dəvətliyəm. Belə dəvət almaq çox xoşdu.

- Yəqin, Azərbaycanda işgüzar görüşləriniz də olar....
- Xeyr, ancaq turnirə baxıb geri dönəcəm.

- Keçmiş komandanızın çıxışını izləyirsiz?
- Əlbəttə, "Xəzər Lənkəran"ın bütün oyunlarını izləyirəm. Yeri gəlmişkən, Parks necədi?

- Nə mənada? Oyun planında o qədər də nəzərə çarpmır. Ən azından ötənilki formasından çox uzaqdır.
- Bax, buna görə mən ona keçən yay daha artıq pul verilməsinə etiraz etdim.

- Parks isə deyib ki, problem ancaq pulda olmayıb. Onun sözlərinə görə, sizin "Xəzər"də futbolçularla konfliktiniz olub...
- Bu barədə indi danışmaq istəməzdim. Bir daha əmin oldum ki, Parksdan imtina etməklə düzgün addım atmışam.
azerifootball.com