Patrik Vieyra və Rafael Benitezdən Azərbaycana dəstək - FOTOSESSİYA
30.03.2012 - 13:22
Martın 28-də və 29-da İngiltərənin Mançester şəhərində keçirilmiş Soccerex Avropa Forumunda FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 təqdim edilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, 1500 nəfərdən çox nümayəndənin iştirak etdiyi tədbirdə dünya çempionatının stendi iştirakçılarda maraq doğurub.
2 gün davam edən sərgidə dünya futbolunun tanınmış simaları Patrik Vieyra, Rafael Benitez, Şey Qiven, Qaiska Mendiyeta, David Din, Emanuel Petit və başqalarına çempionat barədə ətraflı məlumat verilib. Futbol ulduzları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-ni dəstəklədiklərini bildiriblər.
Həmçinin, bir sıra futbol klubları, şirkətlər, media nümayəndələri, federasiyalar və digər çempionatların Yerli Təşkilat Komitələrinin nümayəndələri ilə səmərəli müzakirələr aparılıb.
Tədbirin ikinci günündə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Koordinatoru Nərgiz Məmmədova və Könüllülük üzrə Direktoru Vüqar Rüstəmli tərəfindən 100-ə yaxın tədbir iştirakçılarına xüsusi təqdimat keçirilib. Təqdimatın keçirilmə məqsədi çempionatın hazırlıq prosesi haqda məlumat vermək, beynəlxalq media, idman qurumları və başqa əlaqəli müəssisələrlə, müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq imkanlarını işıqlandırmaq və könüllülük imkanları haqqında məlumat vermək olub.

0
0