Azərbaycan çempionatlarında 1 dəqiqəlik sükut
30.03.2012 - 14:54
Azərbaycan çempionatlarında 1 dəqiqəlik sükut
AFFA-nın bayrağı altında təşkil olunan U-11 Liqası, “Coca-Cola U-13 Liqası”, U-14 Liqası, U-15 qızlar Liqası və UNİCEF U-17 qızlar Liqasında bu həftəsonu keçiriləcək bütün oyunlardan əvvəl 31 mart – Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunacaq. Apasport.az saytının məlumatına görə, komandaların üzvləri meydançaya qara sarğı ilə çıxacaqlar.

Oyunlardan əvvəl AFFA-nın əməkdaşları tərəfindən liqalarda çıxış edən oyunçulara soyqırım haqda ətraflı məlumat veriləcək.

Mənbə: affa.az