Yığmamızın rəqibi heyətini açıqladı
30.03.2012 - 15:19
21 yaşadək futbolçulardan ibarət Finlandiya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 4-də Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək suomilərin baş məşqçisi Mika Laurikaynen qarşılaşma üçün açıqladığı heyətə cəmi 18 futbolçu daxil edib. Bunlar qapıçılar Valter Viitala (“Honka”), Yesse Ost (“Yaro”) və sahə oyunçuları Tapio Heykkilya, Yuuso Simpanen, Duarte Tammilehto, Tim Vayrynen (hamısı “Honka”), Sami Rasanen (“Kuopio Palloseura”), Petteri Forsell (“Mariehamn”), Yaakko Lepola (“Lahti”), Ville Salmikivi (“Viikinqit”), Kalle Kauppi, Yoni Kauko (hər ikisi “İnter”), Yesper Enqstryom, Denis Abdulahi (hər ikisi VPS), Niko Markkula, Samu Nieminen, Patrik Poutiaynen (hər ikisi HİK), Kim Palosaaridir (“Seynayoen Yalkapallokerho”).
0
0