Azərbaycan yığmasının toplanışı təxirə salındı
30.03.2012 - 16:26
Azərbaycan yığmasının toplanışı təxirə salındı
Azərbaycan milli komandasının aprelin 2-dən 5-dək Bakı şəhərində keçirilməli olan təlim-məşq toplanışı təxirə salınıb. Apasport.az saytının məlumatına görə, AFFA yığmanın hazırlıq planını dəyişmək qərarına gəlib. Buna Premyer Liqada vacib oyunların olması və klubların quruma müraciətləri səbəb olub. Bütün bunları nəzərə alan baş məşqçi Berti Foqtsun qərarı ilə millinin təlim-məşq toplanışı təxirə salınıb.

Mənbə: affa.az