“Hamıdan eyni səviyyə gözləmək düzgün olmazdı” - MÜSAHİBƏ
30.03.2012 - 17:20
FİFA təlimatçısı, rusiyalı mütəxəssis Valentin İvanovun müsahibəsi
- Qadın hakimlər üçün təşkil olunmuş seminarla bağlı təəssüratlarınız necədir?
- Təşkilatçılıq yüksək səviyyədədir və bütün işlər vaxtındagörülür. Prinsipcə, seminar iştirakçılarından razıyam. Doğrudur, hakimlərin səviyyəsi müxtəlif ola bilər. Çünki bəziləri uzun müddətdir ki, hakimlik edir, bəziləri isə bu işə yeni başlayıb. Hamıdan eyni səviyyə gözləmək düzgün olmazdı. Ancaq onların hamısı seminara böyük maraq göstərir. Aydın olmayan məsələləri soruşur və öz fikirlərini bildirirlər. Seminar başlayanda onlara demişdim ki, sual verməkdən çəkinməyin.
- Qadın hakimlərimizin səviyyəsini necə qiymətləndirərdiniz?
- Qiymətləndirmə aparmaq üçün ilk növbədə onların idarə etdikləri oyunları görmək lazımdır. Mənə qadın hakimlərin idarə etdiyi oyunlardan fraqmentlər olan disk vermişdilər. Ancaq hakimə qiymət verməkdən ötrü gərək bütün oyunu izləyəsən. Ona görə də konkret fikir bildirmək çətindir.
- Bakıda olduğunuz müddətdə hər hansı oyunu izləmək imkanınız oldumu?
- Azərbaycan kubokunun 1/4 final mərhələsində keçirilən AZAL – «Bakı» oyununu izlədim. Gənc hakim Əliyar Ağayevin və ümumilikdə, hakimlər briqadasının idarəçiliyini bəyəndim. Bu, o deməkdir ki, Azərbaycanda hakimlərlə iş düzgün qurulub. Ümid edirəm ki, qadın hakimlərin də də hazırlıq prosesində hər hansı problem yoxdur.
- Fikrinizcə, hakimliyin səviyyəsini yüksəltmək üçün hansı vacib amillər var?
- İlk növbədə hakimliyə gələnlərə izah etmək lazımdır ki, bu, 30 il əvvəl olduğu kimi hobbi deyil. İndi futbola böyük pullar yatırılır, klublar külli miqdarda vəsait xərcləyir. Bu baxımdan hakim böyük məsuliyyət daşıyır. Hazırlıq yüksək səviyyədə olmalıdır. Vaxt ötdükcə bu işi bacaranlar qalır, digərləri isə bu sahədən uzaqlaşır. Azərbaycanda hakimlərin yaşını nəzərə alsaq, inkişaf perspektivinin olduğunu düşünürəm. Belə seminarların keçirilməsi, UEFA-dan bu işə məsul şəxslərin gəlməsi böyük səmərə verir. Bu, hakimlərin nəzəri biliklərinin artırılmasına və ümumi hazırlığa müsbət təsir göstərir.
affa.az

0
0