UEFA-dan Arsen Vengerə ağır cəza
30.03.2012 - 17:52
UEFA-dan Arsen Vengerə ağır cəza
UEFA Londonun “Arsenal” klubunun baş məşqçisi Arsen Vengeri ağır cəzalandırıb. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis qitə futbol qurumunun bayrağı altında 3 oyunda “texniki zona”dan kənarda qalacaq. UEFA-nın Nizam-İntizam Komitəsi eyni zamanda Vengerə 40 min avro cərimə kəsib.

Bütün bunlar isə təcrübəli çalışdırıcının Çempionlar Liqasının 1/8 final mərhələsində “Milan”la martın 6-da Londonda keçirilən cavab oyununda layiq olmayan hərəkəti ilə bağlıdır. “Arsenal” həmin matçda 3:0 hesabı ilə qalib gəlsə də, mübarizəni dayandırdı. Çünki səfərdə daha böyük hesabla – 0:4 uduzmuşdu. Vengerin cəzası komandasının avrokuboklarda növbəti 3 oyununda tətbiq olunacaq.

Qeyd edək ki, qərar göndəriləndən sonra 3 gün ərzində apelyasiya verilə bilər.