Millinin oyunu canlı yayımda
30.03.2012 - 23:01
Futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda Azərbaycan millisinin Rusiya ilə oyunu canlı yayımlanacaq. Apasport.az saytının xəbərinə görə, azarkeşlər aprelin 9-da Tümen şəhərindəki Mərkəzi İdman Kompleksində keçiriləcək təkrar pley-off qarşılaşmasına “İdman-Azərbaycan” vasitəsilə baxa bilərlər. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
0
0