“Qadını təhqir edən kişi deyil” - FOTO
30.03.2012 - 23:05
“Qadını təhqir edən kişi deyil” - FOTO
Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəsl” klubunun baş məşqçisi Dieqo Maradona yeni qalmaqalla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis bu dəfə BƏƏ çempionatının oyununda “Əl-Şabab”a 0:2 hesablı məğlubiyyətdən sonra VİP tribunadakı azarkeşlərlə mübahisəyə girişib.

Fanatlar onun rəfiqəsi Veronika Oxedo və “Əl-Vəsl”in futbolçusu İqnasio Mersierin sevgilisini təhqir ediblər. Bundan qəzəblənən Maradona tribunaya qalxıb və azarkeşlərlə münasibətlərini ayırd etməyə çalışıb.
Təhlükəsizlik xidmətinin müdaxiləsindən sonra o, rəfiqəsini təhqir edən azarkeşin ünvanına xoşagəlməz ifadələr səsləndirə-səsləndirə tribunanı tərk edib. Mətbuat konfransında isə baş məşqçi “Əl-Şabab”ın azarkeşlərini qorxaq adlandıraraq qadını təhqir edənləri kişi saymadığını bildirib.