Nuri və Hamit “Real”dan ayrılır
30.03.2012 - 23:08
Nuri və Hamit “Real”dan ayrılır
Yayda “Real”dan ayrılacaq 3 futbolçunun adı açıqlanıb. Apasport.az saytının İspaniyanın “El Confidencial” qəzetinə istinadən xəbərinə görə, bu futbolçulardan ikisi Türkiyə milli komandasının üzvləri - Nuri Şahin və Hamit Altıntopdur.

Digər oyunçu isə ispaniyalı Raul Albioldur. Məlumatda göstərilir ki, 23 yaşlı Nuri Şahin icarəyə veriləcək. Halil Altıntopun isə transferə çıxarılacağı bildirilir. Artıq Raul Albiolun “Tottenhem”lə anlaşdığı deyilir.

Qeyd edək ki, “Arsenal” və “İnter” Nuri Şahinlə, “Qalatasaray” isə Halil Altıntopla maraqlanır.