“Qalatasaray” Baroşu satır
30.03.2012 - 23:11
“Qalatarasay”ın çexiyalı forvardı Milan Baroş Türkiyədən ayrılmağa hazırlaşır. Apasport.az saytının xəbərinə görə, 31 yaşlı futbolçu karyerasını Almaniyada davam etdirə bilər.
Belə ki, “Ştutqart” Baroşun xidmətində maraqlıdır. Artıq Almaniya klubunun rəsmiləri adıçəkilən futbolçunun meneceri Pavel Paskaya müraciət ediblər. Xəbərdə həmçinin yaxın günlərdə İstanbula gələcək olan “Ştutqart”ın rəsmilərinin Baroşla üz-üzə görüşüb müqavilənin detallarını müzakirə edəcəkləri də bildirilir. “Qalatasaray” ilə 1 il müqaviləsi qalan və son zamanlar əsas heyətə düşməkdə çətinlik çəkən Baroşun bu transferə razı olduğu qeyd edilir.
2008-ci ildə “Lion”dan transfer olunan Baroş “Qalatasaray”ın heyətində Superliqada 81 oyunda rəqib qapılarından 47 top keçirib.

0
0