“Bu oyunu heç vaxt xatırlamaq istəmirəm”
31.03.2012 - 09:48
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- “İnter” komandanızı 3 gün öncə ölkə kubokunda mübarizədən kənarlaşdırdı. Sabah bu rəqiblə yenidən Lənkəranda görüşəcəksiniz. “İnter”lə Premyer Liqa oyununa qisas hissi ilə çıxacaqsınız?
- Qisas deyəndə ki, qalib gəlmək istəyirik. Açığı, çox əfsuslar olsun ki, kubokdan çıxdıq. Komandamız “İnter”lə cavab matçında həqiqətən çox yaxşı oynadı. Qol imkanlarımız çox oldu. Sadəcə, bir az bəxt üzümüzə gülmədi. Rəqib qapımız qarşısında bir qol vəziyyəti yaratdı, ondan da istifadə etdi. Ancaq bundan sonra qapımız qarşısında qol imkanları olmadı. Biz isə rəqib qapısında qol vəziyyətləri yaratdıq, bundan istifadə edə bilmədik.
- Bu komanda ilə 4 gündə 2 dəfə görüşmək çətindir, yoxsa?
- Bu, futbolçuları psixoloji cəhətdən kökləməklə bağlı bir az çətindir. Ancaq bildiyiniz kimi, avrokuboklara çıxmaq üçün yalnız çempionatda şansımız qalıb. Ona görə də bütün var-gücümüzü bura qoyacağıq ki, yaxşı nəticə əldə edək. Bunun üçünsə qələbə qazanmaq lazımdır.
- Həmin qələbəni ki, hələ “Xəzər Lənkəran”da hələ qazana bilməmisiniz. Buna 3 matçda nail ola bilməmisiniz...
- Bizə 1 qələbə lazımdır ki, futbolçuların özlərinə inamı artsın. Oyunçularımız qələbə qazanmağa qadirdir, sadəcə, özlərinə inam gəlməlidir. Bu üzdən bizə yüzdə yüz qələbə lazımdır. İnşallah, buna “İnter”lə növbəti oyunda nail olarıq. Futbolçularımız yaxşı başa düşürlər ki, kubokda əlimizi üzdüyümüzdən yalnız ümid çempionata qalıb.
- Komanda kubokda da çıxış edəndə, avrokuboklara vəsiqə qazanacağına daha arxayın olur. Ancaq yalnız çempionatdan vəsiqə qazanmamaq psixoloji təzyiq yaratmır?
- Düzdür, kubokda ümid edirsən ki, avrokuboklara vəsiqə qazanacağam. Ancaq heç kim yüz faiz zəmanət verə bilməz ki, sən kuboku qazanacaqsan. Bu, futboldur, hər şey – uduzmaq da, qələbə qazanmaq da olur. Ancaq sizinlə razıyam ki, kubokda irəliləsəydik, daha yaxşı olardı. Komandanı bu vəziyyətdən çıxartmaq lazımdır. Klub rəhbərliyi, futbolçularla oturub, söhbətləşdik. Hər şeyi qırağa qoymaq, kubokdakı uğursuzluğu unutmaq lazımdır. Kubok artıq əldən çıxdığına görə onu yaddan çıxarıb, əsas çempionata köklənmək lazımdır.
- Vitse-prezidentiniz Tuyqun Nadirov saytımıza müsahibəsində sizdən ilk növbədə Azərbaycan kubokunu qazanmağı gözlədiklərini açıqlamışdı. Buna nail olmamaq şəxsən sizdə ruh düşkünlüyü yaratmadı?
- Yox. Çalışacağıq ki, bundan sonra lap yaxşı olsun. Ruh düşkünlüyü o mənada yarana bilər ki, ölkə kubokuna sahib olmağı həddindən artıq çox istəyirdik. Ancaq olmadı.
- Özü də “İnter”lə kubok oyununuz 2006-cı ildə yaxşı alınıb. Komanda tarixində yalnız bir dəfə yarımfinala çıxa bilməyib ki, buna da siz “Karvan”ı çalışdırdığınız vaxtda imkan verməmişdiniz...
- Bu, yadımdadır. Onda “İnter”ə Bakıda 4:1 hesabı ilə qalib gəlməklə, onu mübarizədən kənarlaşdırmışdıq. Onu da deyə bilmərəm ki, bu dəfə pis oynadıq. Komandamız rəhbərliyim altında keçirdiyi bu 3 matçda daha yaxşı “İnter”lə matçda oynadı. “Bakı” ilə oyunda çox səhvlərimiz olduğundan, futbolçulardan heç razı qalmamışdım. “Neftçi” ilə matçda qələbə istəyimiz çox böyük idi, ancaq ümumi gedişatdən tam razı qalmadım. Futbolçuların “vuruşmağına”, əzmkarlıq göstərmələrinə görə razı qalmışdım. Sadəcə, qollarımızı vurmaq lazım idi. “İnter”ə vurduğumuz qolda topu az qala qapıçıları çıxartmışdı. Bundan sonra həmin səhvləri etməməyə çalışmalıyıq.
- Artıq komandaya yavaş-yavaş yaxından bələd olursunuz. Əsas çatışmazlıqları nədə görürsünüz?
- Xətlər arasında əlaqədə, futbolçuların bir-birini yaxşı başa düşməməkdə problem var. Komandamız fiziki cəhətdən də o dərəcədə yaxşı vəziyyətdə deyil. Düzdür, yeni gələn baş məşqçilərin hamısı bunu deyir. Ancaq bu, həqiqətən belədir. Ancaq indi bu vəziyyətdən çıxış yolu olmadığından, mövsümü elə belə də başa vurmalıyıq. Futbolçuların potensialları var ki, komandamız mükafatçı yerlərdən birini tutsun.
- Konkret hansı mükafata ümid edirsiniz? Lider “Neftçi”dən 8, 2-3-cü yerlərdə gedən “Qarabağ”la “İnter”dən 4 xal geri qalırsınız...
- Sizi inandırım ki, bizim üçün hazırda xal fərqinin heç bir fərqi yoxdur. Qalan 7 oyunun hamısında qalib gəlsək, çempion da ola bilərik. Biz heç nəyi fikirləşmirik. Yalnız öz oyunumu fikirləşib, qələbə qazanmaq istəyirəm, başqa heç nə. Başa komandaların oyunlarını, nəticələrini, xal fərqini düşünmürəm. Sadəcə, “Xəzər Lənkəran”ın öz oyununda çıxıb, qalib gəlməsini istəyirəm. Buna nail olsaq, mükafatçı yerlərdən birini tutacağıq.
- “İnter”lə aprelin 1-də keçiriləcək matç sizin üçün xüsusi əhəmiyyət kəsb edəcək. Belə ki, bu, baş məşqçi karyeranızda yubiley – 200-cü oyun olacaq. Maraqlıdır ki, bunu bilirdiniz?
- Yox. Baş məşqçi kimi 200-cü oyunumu keçirəcəyəm?
- Bəli...
- Bunu dediniz, məlumatlı oldum. Allah sizdən razı olsun.
- Bu, sizə qələbə qazanmaqla bağlı əlavə stimul verir?
- İnanıram ki, futbolçularım mənə 200-cü oyunumda qələbə sevinci bəxş edərlər.
- Bu matçlarda 297 xal toplamısınız. Qələbə sayəsində 3 xal da toplasanız, 300 olacaq, yəni daha bir yubileyiniz olacaq...
- Doğrudan? Bunların hamısı “zerkalnıdır” ki...(gülür). İnşallah, görək necə olacaq.
- Maraqlıdır, məşqçi kimi ilk oyununuzu xatırlayırsınız?
- Bəli. Bu, 2004-cü ildə olub. Həmin vaxt çalışdırdığı “Karvan”ın debüt idi. Yadıma gəlir, Qaradağ Olimpiya İdman Kompleksinin stadionunda “Karat”a 2:0 hesabı ilə qalib gəlmişdik.
- Doğrudur. Bəs qolları kim vurmuşdu?
- Zaur Ramazanovla Fərrux İsmayılov olmalıdır.
- Zaur düzdür. Ancaq ilk qolunuz rəqib müdafiəçi Renat Abdaşovun avtoqolu ilə olmuşdu...
- Yadıma düşdü. Fərrux qapıya ötürmə verdi, Abdaşov öz qapısına qol vurdu.
- Oyunlarınız arasında hansını uğurlu sayırsınız, hansını isə uğursuz kimi heç xatırlamaq istəmirsiniz?
- Xatırlamaq istəmədiyim bir oyun var.
- 2005/06 mövsümünün sonuna 1 tur qalmış “Turan”la səfərdə etdiyiniz qolsuz bərabərlikdir ki, bu, “Karvan”ı çempionluqdan məhrum etdi...
- Doğrudur. Həmin matçı heç vaxt xatırlamaq istəmirəm. Ancaq yadda qalan oyunlarım həqiqətən çox olub. Bu, həm Azərbaycan çempionatında, həm də UEFA kubokunda mərhələ keçən vaxtda aiddir. Biz “Slaviya”nı keçə bilməsək də, hər 2 matçda yaxşı oynadıq. Düzdür, Bakıda 0:2 hesabı ilə uduzduq. Ancaq məğlub olası oyun deyildi. Çexiyada qolsuz bərabərlik etdik. Bundan əvvəl isə Trnava “Spartak”ı ilə hər 2 oyunda yaxşı çıxış edərək, 1:0 hesabı ilə qalib gəlmişdik. Azərbaycan çempionatında da çox yaxşı oyunlarım olub.
- Bəs bunlar arasında ən yaxşı hansını sayırsınız?
- Oyunlarımın ən yaxşısının hansı olduğunu deyə bilmərəm. Ancaq yaxşılar çoxdur.
Mehman SÜLEYMANOV

0
0