Yığmamızın sabiq futbolçusu doluya düşdü
31.03.2012 - 10:50
Yığmamızın sabiq futbolçusu doluya düşdü
Futbol üzrə Moldova çempionatında maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, yaz fəsli olmasına baxmayaraq oyun dolu üzündən dayandırılıb. Bu, vaxtilə Azərbaycan təmsilçisi “Xəzər Lənkəran”ı Avroliqadan kənarlaşdıran “Olimpiya” və digər komandamız “MKT-Araz”ın qənimi olmuş “Tiraspol” arasında görüşdə baş verib. Matç boyu yağan güclü yağış ikinci hissənin ortalarında doluya çevrilib. Bunu görən hakim komandaları soyunub-geyinmə otağına aparıb. Lakin qısa fasilədən sonra komandalar oyunu davam etdirə bilib. “Tiraspol”un şərəfini qoruyan Azərbaycan milli komandasının sabiq hücumçusu Daniel Axtyamov bu görüşdə meydana çıxmasa da komandasının səfər heç-heçəsinin (0:0) şahidi olub.