Premyer Liqamızın bombardiri Braziliyada da qolları sıralayır
31.03.2012 - 12:13
Azərbaycan Premyer Liqasının ən yaxşı bombardiri olmuş Valter Quqlemon qolçuluq bacarığını 34 yaşında da nümayiş etdirir. Apasport.az saytının məlumatına görə, “İnter” və “Neftçi”nin şərəfini qorumuş uruqvaylı hücumçu bunu Braziliyada da göstərir. Bu ölkənin “Pelotas” klubunda çıxış edən Valter növbəti dəfə meydanı qolsuz tərk etməyib. O, Qauço çempionatında “Ksaksias” ilə keçirilən səfər oyununda 1:2 hesabı ilə uduan komandasının yeganə qolunun müəllifi olub. Bir müddət əvvəl bu komandaya keçən Quqlemon son 4 qarşılaşmada 3 qol vurub.
0
0