Yığmamızın futzalçısı cəzalandı
31.03.2012 - 15:51
Futzal üzrə Ukrayna çempionatında növbəti tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvlərinin şərəfini qoruduğu “Uraqan” klubu səfərdə “Kardinal”ın qonağı olub. İvano-Frankovsk təmsilçisi Rovno səfərindən qələbə ilə ayrılmağı bacarıb – 5:3. Yığmamızın milliləşən braziliyalısı Serjao bu qarşılaşmada 1 qol vurub və sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, millimizin digər braziliyalısı Biro Jade zədə üzündən hələ də komandasına kömək edə bilmir.
Qeyd edək ki, millimizin digər braziliyalısı Biro Jade zədə üzündən hələ də komandasına kömək edə bilmir.
0
0