Vaqif Sadıqov: Bu görüş çoxdan baş tutmalı idi
01.04.2012 - 03:43
Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov Rusiyanın “Anji” klubu ilə əməkdaşlığına birdəfəlik son qoyub. Apasport.az saytının xəbərinə görə, müqaviləsi ola-ola postundan uzaqlaşdırılan Sadıqov bütün məsələləri hüquqi müstəvidə həll edib.
Bu məqsədlə “Anji”nin düşərgəsinə yollanmış məşqçi klubun direktoru və vitse-prezidenti ilə görüşüb: “Əslində, bu görüş çoxdan baş tutmalı idi. Sadəcə, “Anji”də baş verən dəyişikliklər ucbatından yubandı. Nəhayət, görüşdük və məsələni tez bir zamanda yoluna qoyduq. Öz şərtlərimi irəli sürmüşdüm. Ona görə danışıqlar belə uzun çəkdi. Amma deyərdim ki, qarşılıqlı razılıqla ayrıldıq. Artıq sərbəst məşqçiyəm və bundan sonra istənilən klubla danışıqlara gedə bilərəm”.
Qeyd edək ki, “Anji” klubunda 10 ay fəaliyyət göstərib.
futbol11.az

0
0