Anar Salmanov “Neftçi”yə kömək edəcək?
01.04.2012 - 10:33
Anar Salmanov “Neftçi”yə kömək edəcək?
Premyer Liqanın XXVI turunda bu gün keçiriləcək “Qarabağ” – “Neftçi” görüşünün baş hakimi bəlli olub. Apasport.az saytının xəbərinə görə, Quzanlıda baş tutacaq tarixi derbini Anar Salmanov idarə edəcək.

Anar Salmanovun qardaşı Əziz “Neftçi”də çalışdığından, Qarabağlı azarkeşlər FİFA referisinin bu oyuna təyinat almasından narahat idi. Onlar Salmanovun hakim olacağı təqdirdə, “Qarabağ”a qarşı qərəzli mövqe tutacağından ehtiyatlanırdılar.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” görüşü saat 16:00-da başlayacaq. “Neftçi” hazırda 53 xalla turnir cədvəlində birinci, “Qarabağ” isə 48 xalla ikinci yerdədir.