Əsgər Abdullayev: Belə oyunlarda qalib gəlmək çox çətin olur
01.04.2012 - 15:53
Əsgər Abdullayev: Belə oyunlarda qalib gəlmək çox çətin olur
“Oyunun gedişi məni tam qane etmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

O, Premyer Liqanın XXVI turunun “Sumqayıt”la oyunundakı 1:1 hesablı heç-heçədən narazı qalıb: “Belə oyunlarda qalib gəlmək çox çətin olur. Mövsümün sonuna yaxın komanda problemlərlə rastlaşır. Qarşıdakı oyunlarda bundan yaxşı oynamalıyıq”.