Yığmamızın futbolçusu Türkiyədə sevindi
01.04.2012 - 17:31
Türkiyə çempionatının Bank Asiya I liqasında növbəti turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin şərəfini qoruduğu “Ərciyəsspor” bu turda “Qaziantep Böyükşəhər Bələdiyyəsi” ilə qarşılaşıb. Kayseri təmsilçisi ev oyununda 2:1 hesabı ilə qalib gəlib. Quluzadə bu qarşılaşmanın 77-ci dəqiqəsində meydana daxil olub. Yarımmüdafiəçimiz Sərkanı əvəzləyib.
0
0