Məğlubiyyətə şərh
01.04.2012 - 18:01
Məğlubiyyətə şərh
“Yaxşı oyun oldu, hesabı açsaq da, üstünlüyü qoruya bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze deyib.

Gürcüstanlı çalışdırıcı Premyer Liqanın XXVI turunun AZAL-la ev oyunundakı 1:2 hesablı məğlubiyyətə şərh verib: “AZAL əks-hücumlardan yaxşı istifadə edir. Bərabər səviyyəli oyun oldu. Hər iki komanda qol imkanları yaratsa da, rəqibimiz bu imkanlardan daha səmərəli faydalandı”.