“Onlar meydanda çox hərəkət edirdilər”
01.04.2012 - 18:11
“Meydana qələbə əzmi ilə çıxmışdıq. Birinci hissədə səhvlərimiz oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
O, Premyer Liqanın XXVI turunun “Neftçi” ilə oyunu (0:0) haqda fikirlərini açıqlayıb: “İkinci hissədə isə komanda bir qədər yaxşı oynadı. Futbolçular daha çox top saxlayır, meydanda çox hərəkət edirdilər. Bu gün bir xal qazandıq, bundan sonra çempionatın digər oyunlarını düşünəcəyik”.

0
0