Bizimkilər üçün fantastika, “Real” üçün reallıq
01.04.2012 - 23:02
Bizimkilər üçün fantastika, “Real” üçün reallıq
İspaniyanın “Real” klubu Primerada 1500-cü qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, “Osasuna” üzərindəki qələbə sayəsində “Kral klubu” yubiley zəfərini qeyd edib.

Primera tarixində heç bir klub bu qədər qələbə qazanmayıb. “Barselona”nın 1429, digər izləyicilərin isə daha az qələbəsi var. Belə ki, “Atletik” 1122, “Atletiko” 112, “Valensiya” 1105 dəfə İspaniya çempionatında qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan klubları üçün 1500 qələbə fantastik göstəricidir. Ən çox qələbəsi olan “Neftçi” 75 illik tarixi ərzində bütün yarışlarda üst-üstə 1000-ci qələbəsini ötən ilin sonunda qazanmışdı.