Araz Abdullayev yenə ehtiyatda qaldı
02.04.2012 - 08:30
Araz Abdullayev yenə ehtiyatda qaldı
Futbol üzrə Yunanıstan çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi “Panionios” klubu öz meydanında “Levadiakos”la qarşılaşıb. Arazın komandası bu matçda 2:0 hesabı ilə qələbə qazanıb. Oyun ərəfəsində zədədən əziyyət çəkən Abdullayev isə ehtiyatda qalıb. Onun adı “18-liy”ə daxil edilsə də meydana buraxılmayıb.

Qeyd edək ki, 23 turdan sonra hesabında 32 xal olan “Panionios” 16 komanda arasında 9-cu pillədə qərarlaşıb.