Qambiya yığması da Azərbaycanda oynayacaq
02.04.2012 - 08:50
Bu ilin payızında Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin iştirakçılarının daha birinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın meydan sahibi kimi birbaşa qatılacağı yarışa Afrikadan sonuncu – 3-cü vəsiqəni Qambiya futbolçuları qazanıb. Tunis yığması ilə cavab oyununda 2:1 hesabı ilə qalib gələn qambiyalılar tarixlərində ilk dəfə mundiala vəsiqə əldə ediblər. Belə ki, onlar ilk oyunda minimal hesabla qələbə qazanmışdı. Onlara qədər mundiala 9 komanda - Asiyadan Çin, Şimali Koreya, Yaponiya, Cənubi Amerikadan Braziliya, Uruqvay, Kolumbiya, Afrikadan Qana, Nigeriya vəsiqə qazanıb.
Qeyd edək ki, ölkəmizdə oyunlar sentyabrın 22-dək oktyabrın 13-dək keçiriləcək.
Qeyd edək ki, ölkəmizdə oyunlar sentyabrın 22-dək oktyabrın 13-dək keçiriləcək.
0
0