Yunis Hüseynov üçün düşərli ay
02.04.2012 - 09:58
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov 708 gündən sonra qələbə qazandı. Apasport.az saytının məlumatına görə, 47 yaşlı çalışdırıcı bunu Premyer Liqanın son turunda aprelin 1-də evdə “İnter” üzərində 2:0 hesabı ilə reallaşdırdı. O, məşqçilik karyerasında yubiley – 200-cü oyununu qələbə ilə qeyd etdi və uzun fasilədən sonra bu sevinci yaşadı.
Hüseynov bunadək axırıncı qələbəsini 2009/10 mövsümünün XXIX turunda Salyanda “Muğan”ı 3:2 hesabı ilə yenməklə qazanmışdı. Onda 2-ci “altılıq”da çıxış edən Yevlax klubu çempionatı sonda bitirərək, I diviziona düşdü. “Karvan” həmin vaxtdan Premyer Liqada kənarda qalıbsa, postundan mövsüm bitməmiş gedən Hüseynov isə 2 il işsiz oldu. Ötən ayın ortasında buna son qoyan keçmiş yarımmüdafiəçi “sükanı arxası”na keçdiyi “Xəzər Lənkəran”da ilk qələbəsini 4-cü oyununda qazandı. Bunadək çempionatda “Bakı”ya evdə uduzan (0:1), “Neftçi” ilə səfərdə bərabərliyə qalan (1:1) Hüseynovun komandası kubokda “İnter”lə Lənkəranda 1:1 heç-heçə ilə mübarizədən kənarda qalmışdı.
Bu, Hüseynovun məşqçi kimi 83-cü qələbəsi oldu və xal sayını yubileyə - 300-ə çatdırdı. Göründüyü kimi, çalışdırıcı bunadək də son qələbəsini apreldə qazanmışdı və bu ayı onun üçün düşərli saymaq olar. Onun “Xəzər Lənkəran”da ilk qələbəsinin Beynəlxalq Gülüş Günündə əldə olunmağı diqqət çəkdi. Ancaq zarafat etməyi sevən Hüseynov bu dəfə zarafat etmədi. Özü də o, 2007/08 mövsümünün dövrlərarası fasiləsində “Standard”ın baş məşqçi postundan gedən zamanı onun yerinə gətirilən gürcü həmkarı Kaxaber Sxadadzeyə qalib gəldi.

0
0