“Olimpiakos” – Yunanıstan çempionudur!
02.04.2012 - 10:16
“Olimpiakos” – Yunanıstan çempionudur!
Azərbaycan yığmasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi Yunanıstan çempionatının qalibi məlumdur. Apasport.az saytının məlumatına görə, ölkənin ən titullu klubu “Olimpiakos” sona 3 tur qalmış qızıl medallar qazandığını artıq rəsmiləşdirib.

Bu, XXVII turda “Panetolikos”u 1:0 hesabı ilə məğlub etməklə, reallaşıb. Nəticədə ən yaxın izləyicisi olan əzəli rəqibi “Panatinaikos”dan 10 xal irəlidə olan Afina təmsilçisi artıq əlçatmazdır. Bununla da komanda ardıcıl 2-ci il Superliqanı qazandı. Ümumilikdə isə bu, onun 39-cu çempionluğudur.

Qeyd edək ki, “Olimpiakos” Abdullayevin bu ildən oynadığı “Panionios”i kubokda 4:0 hesablı qələbə ilə mübarizədən kənarlaşdırmış və yarımmüdafiəçimiz güclü rəqibi ilə matçı ehtiyatdan izləmişdi.