Milli komandamız üçün hollandiyalı
02.04.2012 - 15:45
Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Tümen şəhərində keçiriləcək Rusiya – Azərbaycan oyununa təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, artıq qarşılaşmanın hakim-inspektoru və UEFA nümayəndəsi də məlumdur. Belə ki, matçı idarə edəcək çexiyalı hakimlər briqadasının işinə hollandiyalı hakim-inspektor Antonius Van Eekelen qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə serbiyalı Zoran Dimiç olacaq.
Qeyd edək ki, aprelin 9-da baş tutacaq matçı Karel Heniç, Yan Kresta və Radek Venç idarə edəcək.
Mənbə: affa.az
Qeyd edək ki, aprelin 9-da baş tutacaq matçı Karel Heniç, Yan Kresta və Radek Venç idarə edəcək.
Mənbə: affa.az
0
0