11-ci istefa
02.04.2012 - 16:22
AZAL-ın baş məşqçi postundan ayrılan Rafiq Mirzəyev mövsümün 11-ci istefasını rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, o, cari mövsüm “təyyarəçilər”in “sükanını” sahibsiz qoyan 2-ci çalışdırıcı olub.
Belə ki, özü də cari mövsüm iş başına keçən Mirzəyevə qədər Elxan Abdullayev də AZAL-dan istefa vermişdi.
AZAL kimi, “Kəpəz”, “Xəzər Lənkəran” və “Rəvan”da mövsüm ərzində 2 dəfə baş məşqçi istefası ilə üzləşib. “Kəpəz” əvvəl Mehman Allahverdiyev, sonra Mirbağır İsayevlə yollarını ayırdısa, “Xəzər Lənkəran” Mirça Redniklə Cüneyt Biçəri yola salıb. “Rəvan”dan ayrılanlar isə Bəhmən Həsənovla Vladislav Qədirov olmuşdu. Lakin Həsənov sonradan yenidən postuna qayıdıb. Bundan başqa, “Bakı” Aleksandr Starkov, “Simurq” Sergey Yuran, “Qəbələ” isə Toni Adamsla işinə son vermişdi.
Premyer Liqanın bu uğursuz “11-liy”i ilə yanaşı, 2011/12 mövsümündə daha 2 istefa gerçəkləşib. Lakin həmin istefalar avrokuboklardan sonra Azərbaycan çempionatı başlamamış qeydə alınıb. Nazim Süleymanov AZAL, Arif Əsədov çempion etdiyi “Neftçi”dən ayrılmağa qərar verib.
Qeyd edək ki, Mirzəyev AZAL-ı 18 oyuna çıxarıb.

Premyer Liqa | 15 | 8 | 1 | 6 | 27-25 | 25 |
|---|---|---|---|---|---|---|
Kubok | 3 | 1 | 0 | 2 | 5-5 | 3 |
Cəmi | 18 | 9 | 1 | 8 | 32-30 | 28 |
0
0