AZAL Premyer Liqada qaldı
02.04.2012 - 16:31
AZAL Premyer Liqanın son turunda 2 məsələni həll etdi. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər”in Zaqatalada “Simirq”la oyunda qazandığı qələbə onun turnir cədvəlində sonuncu olmayacağını rəsmiləşdirdi.
Yəni hazırda 7-ci pillədə gedən AZAL sonuncu yerin sahibi “Sumqayıt”ı 19 xal qabaqlayır. Sona 6 tur qaldığını nəzərə alsaq, bakılılar qalan oyunların hamısında uduzsa belə, Sumqayıt təmsilçisi ona çata bilməyəcək. Məlum olduğu kimi, reqlamentə görə, 11-ci yerin sahibi Premyer Liqada yerini qorumaq üçün I divizionda 2-ci yeri tutan komanda ilə pley-off oyununa çıxacaq. “Təyyarəçilər”in orada iştirak edəcəyi yox, 7-ci yerin sahibi kimi 2-ci dövrənin çempionu olacağı daha real görünür.
Digər məqam isə AZAL-ın 2:1 hesablı qələbəsindən sonra baş məşqçisi Rafiq Mirzəyevin istefa verməsi ilə bağlıdır. Belə ki, onun gedişi ilə Premyer Liqamız cari mövsümdə ən yaşlı çalışdırıcısız qaldı. Fevralda 60 illik yubileyini qeyd edən Mirzəyev hələ I dövrədən sonra Elxan Abdullayevi əvəzləməklə, cari mövsümün ən yaşlı baş məşqçisi oldu. İndi Premyer Liqamızda ən yaşlı çalışdırıcı “Kəpəz”in 55 yaşlı baş məşqçisi Fuad İsmayılovdur.
Qeyd edək ki, cari mövsümün ən gənc baş məşqçisi “Qəbələ”nin 38 yaşlı türkiyəli çalışdırıcısı Fatih Kavlakdır.
Mehman SÜLEYMANOV

0
0